"Gənclik" stansiyası futbola görə gec bağlanacaq

12 Dekabr 2019 16:33 (UTC+04:00)

Bu gün "Qarabağ" futbol klubunun oyunu baş tutacaq.

AzNews.az xəbər verir ki, Bakı Metropolitenin sözcüsü Bəxtiyar Məmmədov bugünki oyuna görə metronun "Gənclik" stansiyasının yarım saat gec bağlanacağı məlumatını yayıb:

"Qarabağ"ın oyununu stadionda izləyənlərin nəzərinə, "Qarabağ" futbol klubu bu gün saat 21:55-də başlamaqla Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində son oyununu keçirəcək.

Qarşılaşmanı arenadan canlı izləyəcək tamaşaçılar 00:30-a qədər metropolitenin "Gənclik" stansiyasına daxil ola və qatarlarla mənzil başına çata bilərlər.

Onu da əlavə edək ki, digər stansiyaların girişi adi iş vaxtı qaydası ilə saat 00:00-da bağlanacaq".

Səidə Vahid

AzNews.az