Əli Əhmədov Kiyevdə Ukraynanın baş naziri ilə görüşdü

12 Dekabr 2019 17:42 (UTC+04:00)

Azərbaycanın Baş Nazirinin müavini Əli Əhmədov Kiyevdə Ukraynanın baş naziri Aleksey Qonçaruk ilə görüşüb.

Bu barədə Ukraynanın baş naziri A.Qonçaruk "Twitter" səhifəsində məlumat verib.

"Azərbaycan nümayəndə heyəti ilə ikitərəfli görüş keçirdik. GUAM çərçivəsində iqtisadi əməkdaşlığı gücləndirmək üçün ümumi məqsədimiz üzv ölkələr üçün azad ticarət zonasının praktik şəkildə həyata keçirilməsidir", - o yazıb.

Xatırladaq ki, Əli Əhmədov bu gün Kiyevdə keçirilən GUAM ölkələri hökumət başçılarının sammitində Azərbaycan nümayəndə heyətinə rəhbərlik edir. (Report)

AzNews.az