Yolu keçən məktəblini maşın vurdu

12 Dekabr 2019 18:56 (UTC+04:00)

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Bakı-Qazax yolunun Goranboyun Borsunlu kəndindən keçən hissəsində məktəblini “Hyundai” markalı avtomobil vurub.

Ağır xəsarət alan məktəbli rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Fakt araşdırılır.(apa.az)

AzNews.az