İbrahimoviçin heykəlinin ayaqlarını kəsərək aparmaq istədilər

12 Dekabr 2019 20:36 (UTC+04:00)

İsveç təmsilçisi “Malmö”nün azarkeşləri klubun sabiq futbolçusu Zlatan İbrahimoviçin heykəlinin ayaqlarını kəsməyə çalışıblar.

“Sportbladet” portalı xəbər verir ki, fanatlar istəklərinə nail ola bilmədikləri üçün ərazidən uzaqlaşıblar. Polisin verdiyi məlumata görə, heykələ ip bağlanması həmin şəxslərin onu kəsdikdən sonra aparmaq istəmələrinə dəlalət edir. Hazırda heykəlin ətrafına sədd çəkilib.

Ötən ay “Malmö” tərəfdarları 38 yaşlı hücumçunun ölkənin digər təmsilçisi “Hammarbü”nün səhmlərinin bir hissəsini almasına etiraz əlaməti olaraq onun heykəlini yandırıblar.

Qeyd edək ki, İbrahimoviç 1999-2001-ci illərdə formasını geyindiyi “Malmö”nün yetirməsidir. Bu ilin oktyabrında məşhur forvardın doğulduğu Malmödə heykəli qoyulub.(report.az)

AzNews.az