“Grand Prix 2019”: Şəhriyar növbəti dəfə heç-heçə etdi

12 Dekabr 2019 22:29 (UTC+04:00)

İsrailin Qüds/Yerusəlim şəhərində “Grand Prix 2019” seriyasının dördüncü mərhələsinin səkkizdəbir finalının cavab oyunları keçirilib.

Qrossmeysterimiz Şəhriyar Məmmədyarov Rusiya təmsilçisi Dmitri Yakovenko ilə növbəti partiyanı da heç-heçə başa vurub.

Qeyd edək ki, şahmatçımızın rəqibi ilə ilk qarşılaşmasında da bərabərlik qeydə alınıb.(AZƏRTAC)

AzNews.az