Qondarma “erməni soyqırımı”nı tanıyan qətnamə layihəsi qəbul edildi - ABŞ Senatından Türkiyəyə zərbə

13 Dekabr 2019 08:49 (UTC+04:00)

ABŞ Senatı 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıyan qətnamə layihəsini qəbul edib.

Demokratik Nyu Cersi senatoru Bob Menendez və Respublikaçı Texas senatoru Ted Cruz tərəfindən təqdim edilən layihə ABŞ Senatında qəbul olunub.

Türkiyənin Xarici İşlər Nazirliyindən bununla bağlı açıqlama verilib. Açıqlamada qəbul edilən layihənin tarixin siyasiləşməsinin utancverici nümunələrindən biri olduğu bildirilir.

Qeyd edək ki, daha əvvəl də təqdim edilən qətnamə layihəsinin qəbul edilməsi Ağ Evin müdaxiləsi ilə səsverməyə çıxarılmamışdı.

AzNews.az