Avropa Liqası: Bu klublar play-off mərhələsinə yüksəldi - ADLAR

13 Dekabr 2019 08:55 (UTC+04:00)

Dekabrın 12-də oynanılan 24 qarşılaşma ilə UEFA Avropa Liqasının qrup mərhələsinə yekun vurulub.

Beləliklə, play-off mərhələsinə “Sevilya” (İspaniya), APOEL (Kipr), “Malmö” (İsveç), “Kopenhagen” (Danimarka), “Bazel” (İsveçrə), “Xetafe” (İspaniya), LASK (Avstriya), “Sportinq” (Portuqaliya), “ÇFR Kluj” (Rumıniya), “Seltik” (Şotlandiya), “Arsenal” (İngiltərə), “Ayntraxt” (Frankfurt, Almaniya), “Reyncers” (Şotlandiya), “Portu” (Portuqaliya), “Espanyol” (İspaniya), “Ludoqorets” (Bolqarıstan), “Volfsburq” (Almaniya), “Gent” (Belçika), Başakşehir” (Türkiyə), “Roma” (İtaliya), “Braqa” (Portuqaliya), “Vulverhempton” (İngiltərə), “AZ Alkmaar” (Hollandiya) və “Mançester Yunayted” klubları yüksəliblər.

Qeyd edək ki, növbəti mərhələnin püşkatma mərasimi dekabrın 16-da İsveçrənin Nion şəhərində keçiriləcək.

AzNews.az