Sosial mediada tanış oldu, görüşəndə isə…- FOTO

13 Dekabr 2019 10:54 (UTC+04:00)

Türkiyənin “ATV” kanalında həftə içi hər gün yayımlanan “Esra Erol”da ağlasığmaz hadisə baş verib.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, 18 yaşlı Doğa Düzgün aprel ayında sosial media üzərindən Ali İhsan Düzgün adlı bir nəfərlə tanış olub və təxminən bir ay sonra həyatının adamını tapdığını düşünərək gəlin olacağı günü gözləyib.

Bir aylıq yazışmada özünü varlı biri olaraq tanıdan Ali İhsan Düzgün Konyadan İzmire Doğa Düzgünlə görüşməyə gəlib.

Qadın bir aydır internetdə yazışdığı və evlilik xəyalı qurduğu şəxsi görəndə şok keçirib.

Ali İhsan Düzgünün sosial media hesabındakı fotoları ilə özünün bir əlaqəsinin olmadığını görən qadın nə edəcəyini bilməyib. Lakin onun sevgisini qazandığı üçün Doğa onunla Konyaya getməyə razılaşıb.

Özünü varlı kimi tanıdan və Konyanın mərkəzindəki evlərində birlikdə yaşayacağını deyən Ali İhsan Düzgün gənc qadını Ermenek bölgəsindəki kəndinə aparıb. Şəhərə uzaq olan və sadəcə bir neçə ailənin yaşadığı kənddəki çətin vəziyyəti görən qadın o günləri və orada yaşadıqlarının kabus kimi olduğunu dilə gətirib.

Ali İhsan Düzgün və ailəsi ilə təxminən 3 həftə kənddə yaşayan və taxtadan infeksiyaya yoluxan gənc qadın çətin vəziyyətdə olduğu üçün ərini də götürüb İzmirə, ailəsinin yaşadığı evə gəlib. Təxminən 2 ay evli qalan Doğa Düzgün ərindən tez-tez şiddət gördüyünü, hətta anasının yanında belə döyüldüyünü deyib.

2 ay əvvəl qaçaraq kəndinə gedən ərini hər yerdə axtaran qadın “Esra Erol” verilişinə çıxmağı qərara alıb.

Tez bir zamanda Esra Erol Ali Düzgünlə əlaqə qurmağı bacarıb.

Haqqındakı iddiaları qəbul edən Düzgün xarici modellərin fotoları ilə başqa qadınlarla da yazışdığını bildirib və “Öz şəkillərimlə yazışsaydım, heç kim mənə baxmazdı” deyərək izləyiciləri heyrətləndirib.

Səidə Vahid

AzNews.az