Rəfael Dadaşovun səhhəti ilə bağlı son durum

13 Dekabr 2019 11:27 (UTC+04:00)

Xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Rəfael Dadaşovun səhhəti normallaşıb.

Bu barədə AzNews.az-a aktyorun ailə üzvləri məlumat verib. Onların bildirdiyinə görə, aktyorun müalicəsi hələ də davam etdirilir:

“Rəfael müəllim hazırda Neftçilər xəstəxanasındadır. Müalicə olunur. Həkimlər səhhətinin yaxşı olduğunu söyləyir. Amma xəstəxanadan evə nə vaxt çıxacağı hələ məlum deyil”.

Qeyd edək ki, bir neçə gün öncə xalq artisti Rəfael Dadaşovun səhhəti ağırlaşıb. Həkimlər ona oksigen çatışmazlığı diaqnozu qoyublar. Bundan başqa ürəyində və ağ ciyərində çoxlu problemlər olduğu qeyd olunub.

Bahar RÜSTƏMLİ

AzNews.az