Qırğızıstanın sabiq prezidenti qətldə ittiham olundu

13 Dekabr 2019 11:53 (UTC+04:00)

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevə eks-liderin evinə hücum zamanı əməliyyatçını qətlə yetirməkdə şübhəli bilindiyi haqqında məlumat verilib.

AzNews.az-ın məlumatına əsasən, bu barədə "İnterfaks" agentliyi Atambayevin vəkili Zamir Jooşevə istinadən xəbər verir.

İstintaq iddia edir ki, əməliyyatçı Draqunovun snayper tüfəngindən (DST) güllələnib.

Vəkilin sözlərinə əsasən, "Alfa" əməkdaşları MTDK rəhbərliyinin cinayətkar əmrini yerinə yetiriblər.

Onun fikrincə, Atambayevin rəqibləri hər şeyi onun boynuna qoymaq istəyirlər.

AzNews.az