47 yaşlı kişi arvadını taxta ilə döydü, sonra isə boğaraq öldürdü

13 Dekabr 2019 12:06 (UTC+04:00)

Türkiyənin Kocaeli bölgəsinin Darica mahalında 47 yaşlı Orhan evdə dalaşdığı həyat yoldaşı Aslını taxta ilə döydükdən sonra boğaraq öldürüb.

AzNews.az xəbər verir ki, ertəsi gün o, polisə zəng edərək həyat yoldaşını öldürdüyünü bildirib.

İddiaya görə, arvadı Orhanı aldadırmış. Cinayətin də bu səbəbdən baş verdiyi deyilir.

Hadisə yerinə gələn polis Orhanı saxlayıb. Aslının cənazəsi meyitxanaya aparılıb.

Öyrənilib ki, Aslı onun ikinci həyat yoldaşıdır, ilk evliliyindən isə bir uşağı var.

Hadisə ilə əlaqədar istintaq başladılıb.

AzNews.az