Binəqədinin icra başçısı yanan bazarın sahibkarları ilə görüşdü

13 Dekabr 2019 12:52 (UTC+04:00)

“EuroHome” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar ticarət mərkəzinin rəhbəri və Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Abdullayev sahibkarlarla görüş keçirib.

Görüş zamanı sahibkarlara dəymiş ziyan ilə əlaqədar müzakirələr aparılıb.

Sahibkarlara dəymiş ziyan müəyyən edildikdən sonra EuroHome” tikinti bazarının rəhbərliyi tərəfindən görüləcək işlərin yenidən müzakirə ediləcəyi bildirilib.

Hazırda görüş davam edir. (Axar.az)

AzNews.az