Lukaşenko yuxusuz qalmağının səbəbini açıqladı

13 Dekabr 2019 15:11 (UTC+04:00)

Belarus prezidenti Aleksandr Lukaşenko prezidentlik vəzifəsinin çətinliklərindən danışıb.

AzNews.az xəbər verir ki, bu haqda məlumatı RİA Novosti Belarus liderinin mətbuat xidmətinə istinadən yayıb.

Lukaşenko nazirlərin hesabatlarına qulaq asandan sonra yaşamaq istəmədiyini deyib:

"Elə bu səbəbdən iş vaxtı qurtarandan sonra yuxuya gedə bilmirəm".

Belarus lideri Tibb universitetinin tələbələri ilə görüşü zamanı bildirib ki, tibbi praktika prezidentin işi ilə tamamilə oxşardır.

AzNews.az