Boris Conson Kraliça ilə görüşdü - yeni hökuməti formalaşdıracaq

13 Dekabr 2019 16:24 (UTC+04:00)

Baş nazir, Mühafizəkarlar Partiyasının sədri Boris Conson Bukingem sarayında Böyük Britaniya Kraliçası ikinci Yelizaveta ilə görüşüb.

“BBC”yə istinadən verilən xəbərə görə, Kraliça ona rəsmi olaraq, növbəti hökuməti formalaşdırmağı həvalə edib.

Qeyd edək ki, Britaniyada növbədənkənar keçirilən parlament seçkisinin nəticələri bu gün açıqlanıb.

Nəticələrə əsasən, Boris Consonun lideri olduğu Mühafizəkarlar Partiyası parlamentdəki 620 yerdən 364-nü qazanıb ki, bu da ötən seçki ilə müqayisədə 47 yer çoxdur. (APA)

AzNews.az