“Bakı gəmiqayırma zavodunu Azərbaycan özü sifarişlərlə təmin edəcək”

13 Dekabr 2019 18:06 (UTC+04:00)

“Azərbaycan Xəzər dənizində ən böyük donanmaya malikdir”

Bunu Prezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan ilk neft tankerinin istismara verilməsi və “Azərbaycan” adlı gəmi-bərənin suya salınması mərasimində deyib.

“200-dən çox gəmimiz var və indi yeni gəmilər də istismara verilir. Gəmilərin sayı artacaq.

Bakı gəmiqayırma zavodunu Azərbaycan özü sifarişlərlə təmin edəcək. Ancaq çalışın, qonşu ölkələrə də bu xidmətləri göstərə bilək ki, daha çox pul qazanaq”, - deyə o, qeyd edib.

AzNews.az