17 yaşlı gəlin evdən qaçdı

13 Dekabr 2019 18:26 (UTC+04:00)

Tərtərdə 17 yaşlı gəlin evdən qaçıb.

Bu barədə polisə qadının həyat yoldaşı Ağani Mahir Azad oğlu məlumat verib.

O bildirib ki, Tərtər şəhəri, M.F.Axundov küçəsi 31 saylı evdə onunla birlikdə qeyri-rəsmi nigahda yaşayan həyat yoldaşı, 2002-ci il təvəllüdlü Məmmədova Fatma Murtuz qızı noyabrın 29-dan 30-na keçən gecə əşyalarını yığaraq yaşadıqları evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.(trend.az)

AzNews.az