Güləşçimiz erməni rəqibini məğlub edərək medal qazandı

13 Dekabr 2019 19:50 (UTC+04:00)

Azərbaycanın sərbəst güləşçisi Ramiq Heybətov İranın paytaxtı Tehranda keçirilən “Day of children” turnirində bürünc medal qazanıb.

55 kq çəki dərəcəsində çıxış edən idmançı həlledici görüşdə Ermənistan təmsilçisi ilə üz-üzə gəlib.

Heybətov rəqibini böyük hesabla məğlubiyyətə uğradıb - 19:6.(report.az)

AzNews.az