Tay masajı UNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edildi

13 Dekabr 2019 20:02 (UTC+04:00)

Ənənəvi tay masajı UNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Bu qərar təşkilatın bu gün keçirilən sessiyasında qəbul edilib.

Qeyd olunur ki, tay masajı ilə yanaşı qeyri-maddi mədəni irs siyahısına irland arfasında ifa qabiliyyəti, İtaliyada Selestin bağışlanması bayramı, Malay arxipelaqında yaranmış silat döyüş növü, Portuqaliyadakı Podense karnavalı kimi elementlər daxil edilib.(trend.az)

AzNews.az