Ağstafada itkin düşən qız Gəncədə tapıldı

13 Dekabr 2019 20:15 (UTC+04:00)

Ağstafa rayonunda itkin düşən qız Gəncə şəhərində tapılıb.

Ağstafanın Qaçaq Kərəm kənd sakini Vəliyeva Minarə Seyfəddin qızı polisə məlumat verərək bildirib ki, qızı Vəliyeva Tünzalə Seyfəddin qızı yaşadığı evdən itkin düşüb. Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində məlum olub ki. T. Vəliyeva Gəncə şəhərinə ailə qurmaq məqsədilə öz razılığı ilə qaçırılıb.

Faktla bağlı araşdırma aparılır.(trend.az)

AzNews.az