Qasırğa Fransada 170 mindən çox evi işıqsız qoydu

13 Dekabr 2019 21:30 (UTC+04:00)

Fransada şiddətli qasırğa səbəbi ilə 170 mindən çox ev işıqsız qalıb.

Ötən gecədən bəri tüğyan edən qasırğa Fransanın 12 departamentini əhatə edib.

Həmin departamentlərdə “narıncı” təhlükə səviyyəsi elan olunub.

Averon departamentində isə küləyin sürəti saniyədə 40 metrə çatıb.

Sinoptiklərin proqnozlarına əsasən, kəskin hava şəraiti bu gün də davam edəcək.(trend.az)

AzNews.az