Prezident İlham Əliyev Boris Consonu təbrik etdi

13 Dekabr 2019 21:17 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Boris Consonu yenidən Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

"Təbrikdə deyilir:

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri vəzifəsinə yenidən təyin olunmağınız münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Biz Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı dostluq və əməkdaşlıq münasibətlərinə böyük əhəmiyyət veririk. Enerji sektorunda səmərəli fəaliyyətimiz xüsusi məmnunluq doğurur.

İnanıram ki, qarşılıqlı faydalı əməkdaşlığımızın inkişaf etdirilməsi və dərinləşdirilməsi istiqamətində Sizinlə birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Sizə ən xoş arzularımı yetirir, məsul fəaliyyətinizdə uğurlar diləyirəm".

AzNews.az