Türkiyə parlamenti qondarma “erməni soyqırımı” barədə qətnaməni qınadı

13 Dekabr 2019 22:20 (UTC+04:00)

Türkiyə parlamenti ABŞ Senatının qondarma “erməni soyqırımı” barədə qətnaməsini qınayıb.

Türkiyə KİV-lərinin verdiyi məlumata görə, qətnaməni qınayan müvafiq sənədi hakim Ədalət və İnkişaf Partiyası, CHP, HDP, MHP və "İYİ Parti" partiyaları imzalayıblar.

Xatırladaq ki, ötən gün ABŞ Senatı Osmanlı İmperiyasında 1915-ci il hadisələrini qondarma “erməni soyqırımı” kimi tanıyan qətnamə qəbul edib.(trend.az)

AzNews.az