Maşını əzilən sürücü bıçaqlandı

13 Dekabr 2019 22:59 (UTC+04:00)

Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə AFF Park yaşayış massivinin qarşısında baş verib.

Belə ki, 1971-ci il təvəllüdlü Abuzərov Nurəddin Əmir oğlu idarə etdiyi "Mercedes" markalı avtomobili naməlum şəxs əzib.

Buna etirazını bildirən N.Abuzərov həmin şəxs tərəfindən bıçaqlanıb. Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.(apa.az)

AzNews.az