Kanadada naməlum şəxs ətrafdakılara atəş açdı - Yaralı var

13 Dekabr 2019 23:24 (UTC+04:00)

Kanadada naməlum şəxs ətrafdakılara atəş açıb.

Bu barədə polisə istinadən yerli "Global News" telekanalı bildirib.

Məlumata görə, hadisə Torontonun şimalında baş verib. Bildirilir ki, naməlum şəxs avtomobildə küçəni keçən 4 gəncə yaxınlaşıb və onlara görə atəş açıb. Nəticədə 16 yaşlı gənc yaralanıb. O, xəstəxanaya çatdırılıb.

Hazırda polis hadisə ilə bağlı araşdırma aparır.(report.az)

AzNews.az