Məsud Özil müsəlman dünyasını qınadı, səbəbi...

13 Dekabr 2019 23:37 (UTC+04:00)

İngiltərənin “Arsenal” klubunun futbolçusu Məsud Özil Şərqi Türkistanda yaşayan türklərin qarşı zorakılıqlara laqeyd qalınmalarına görə müsəlman dünyasını qınayıb.

Futbolcu Şərqi Türkistanda yaşayan müsəlman türklərin təhqir edilməsinə, onların ailələrindən kişilərin zorla aparılıb düşərgələrdə saxlanmasına, müqəddəs “Quran” kitablarının yandırılmasına, din adamlarının ölüdürlməsinə, məscidlərin bağlanmasına islam ölkələrinin susmasına etiraz edib: “Həzrət Əli gözəl deyib: “Zülmə qarşı çıxa bilmirsinizsə, onu hər kəsə xəbərdar edin! Qərb mediası belə bu hadisələri əks etdirir, amma təəssüf ki, hələ də müsəlman dünyası susur”.(apa.az)

AzNews.az