“Xaç atası-2” filminin məşhur aktyoru dünyasını dəyişdi

13 Dekabr 2019 23:50 (UTC+04:00)

Amerika aktyoru Denni Ayello vəfat edib.

Bu barədə "Hollywood reporter" bildirib.

Qeyd edilir ki, o, 86 yaşında dünyasını dəyişib. Nəşrin məlumatına görə, aktyor qısa sürən xəstəlikdən ölüb.

Denni Ayello 1933-cü ilin 20 iyununda Nyu-Yorkda anadan olub. O, kino karyerasına çox gec başlayıb. Aktyorun iştirakı ilə ilk film 1972-ci ildə ekranlara çıxıb. Ayellonun karyerasında məşhurlaşmasına "Bir dəfə Amerikada" ("Once Upon a Time in America", 1984) filmi səbəb olub. O, bu ekran əsərində polis rəisi rolunu oynayıb. Denni Ayello həmçinin 1987-ci ildə Vudi Allenlə "Radio günləri" filmində də rol alıb.

Ayello daha çox Toni Rozatonun "Xaç atası - 2" filmindəki rolu ilə məşhurdur. O, həmçinin "Leon" filmində də yer alıb.(report.az)

AzNews.az