Gürcüstanda Saakaşvilinin iqamətgahı 2,7 milyon dollara satılıb

14 Dekabr 2019 03:21 (UTC+04:00)

Gürcüstan hakimiyyəti "Biznes üçün 100 sərmayə təklifi" layihəsi çərçivəsində keçirilən hərracda sabiq prezident Mixeil Saakaşviliyə aid olan iqamətgahı 7,5 milyon lariyə (2,7 milyon dollar) satıb.

Bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava bildirib.

Qeyd edilir ki, iqamətgah Svaneti yüksək dağlıq regiondakı Mestiya qəsəbəsində yerləşir. İqamətgah 2011-ci ildə tikilib.

Saakaşvilinin iqamətgahdan istifadə edib-etməməyə vaxt tapıb-tapmaması məlum deyil. Çünki 2012-ci ildə onun partiyası parlament seçkilərində məğlubiyyətə uğrayıb və bundan 1 il sonra Saakaşvilinin prezident səlahiyyətlərinin müddəti başa çatıb.

Turnavanın sözlərinə görə, "Biznes üçün 100 sərmayə təklifi" layihəsi müvəffəqiyyətlidir. Özəlləşdirmə yüksək templə aparılır. (report)

AzNews.az