Palladiumun qiyməti tarixi rekordunu yeniləyib

14 Dekabr 2019 09:23 (UTC+04:00)

Beynəlxalq birjalarda palladiumun qiyməti 1,86% artaraq 1 978,99 dollaradək yüksəlib və tarixi rekordunu yeniləyib.

Məlumata görə, palladiumun qiymətlərində 15 gündür müsbət tendensiya davam edir.

Xatırladaq ki, bu göstərici ilə palladium qızılın 2011-ci ilin sentyabrın 6-da qeydə alınan 1 912 25 dollarlıq rekordunu da yeniləyib. (Report)

AzNews.az