Samoa və Ficidə qızılca epidemiyasından 93 nəfər ölüb

14 Dekabr 2019 10:31 (UTC+04:00)

Samoada qızılca epidemiyası 72 nəfərin ölümünə səbəb olub.

Epidemiyaya yoluxanların sayı artıq 5 min nəfərə çatıb.

Məlumata görə , ölənlərin əksəriyyəti 4 yaşınadək uşaqlardır.

Samoa Səhiyyə Nazirliyi noyabrın 18-dən əhalinin 93 faizinin peyvənd edildiyini bildirib.

Qeyd edək ki, qızılca xəstəliyi Ficidə də epidemiya halını alıb və 21 nəfərin ölümünə səbəb olub. (APA)

AzNews.az