Saakaşvilinin iqamətgahı satıldı

14 Dekabr 2019 10:52 (UTC+04:00)

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin iqamətgahı auksionda 2,7 milyon dollara satılıb.

Bunu Gürcüstanın İqtisadiyyat naziri Natiya Turnavu jurnalistlərə açıqlamasında deyib. Satılan iqamətgahın Mestiya qəsəbəsində yerləşdiyi bildirilib. İqamətgahın satış qiyməti başlanğıc qiymətindən 308% çox olub.

Bu qiyməti dövlətə “Aiqvini Saxli” şirkəti ödəyə bilib.

Qeyd edək ki, Saakaşvilinin iqamətgahı 2011-ci ildə tikilib. (Axar.az)

AzNews.az