Azərbaycan nefti yenidən bahalaşıb

14 Dekabr 2019 11:44 (UTC+04:00)

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,67 ABŞ dolları və yaxud 0,96% artıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 70,86 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

AzNews.az