Sabiq prezident həbs edildi

14 Dekabr 2019 14:48 (UTC+04:00)

Sudanın keçmiş prezidenti Ömər əl-Bəşir 2 il müddətinə həbs cəzası alıb.

Xartum şəhərində keçirilən məhkəmə iclasında keçmiş prezidentə korrupsiya ittihamı ilə hökm oxunub.

Qeyd edək ki, Sudanı 30 il müddətində idarə edən Ömər əl-Bəşir aylarla davam edən aksiyalardan sonra bu il aprelin 11-də hərbi çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılıb. (APA)

AzNews.az