AMİP bu dairələrdə namizədlərini açıqladı

14 Dekabr 2019 15:37 (UTC+04:00)

Bu gün AMİP Siyasi Şurasının növbəti iclası keçirilib.

AzNews.az xəbər verir ki, iclasda ilk olaraq AMİP Mərkəzi Şurasının 10 dekabr tarixli iclasının qərarına əsasən 9 fevral 2020-ci il tarixdə keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə iştirak edəcək namizədlərin irəli sürülməsi ilə bağlı məsələ müzakirə edilib.

Namizədlərin bir neçə mərhələdə irəli sürülməsinə qərar verilib və ilkin olaraq 11 dairədən namizədlərin irəli sürülməsi təsdiqlənib.

1. Orucov Əli Məhəmməd oğlu - 9 saylı Binəqədi ikinci

2. Mustafayev Elşən Mansur oğlu - 15 saylı Yasamal birinci

3. Bayramov Rəşad Aydın oğlu - 22 saylı Nəsimi ikinci

4. Səfərov Məmmədəli Talıb oğlu - 25 saylı Nizami ikinci

5. Əlizadə Arzuxan Baxşəli oğlu - 26 saylı Sabunçu birinci

6. Həsənov Tapdıq Həsən oğlu - 79 saylı İmişli

7. Bayramov Elman Əkbər oğlu - 81 saylı Beyləqan

8. Hüseynli Teyyub Həşim oğlu - 88 saylı Göyçay

9. Əliyev Loğman Allahverən oğlu - 90 saylı Ağdaş

10. Xanəlizadə Bəhmən Tofiq oğlu - 111 saylı Zaqatala-Balakən

11. Həsənbəyli Süleyman Yaşar oğlu - 119 saylı Ağdam kənd

AzNews.az