Bakıda evlərdən pul və qızıl oğurlayan şəxs saxlanılıb

14 Dekabr 2019 16:04 (UTC+04:00)

Bakıda iki mənzildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki 2 evdən ümumilikdə 13720 manat dəyərində qızıl-zinət əşyaları, 100 ABŞ dolları və 200 rubl oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Namazov saxlanılıb. (APA)

AzNews.az