İlham Əliyev S. Cabbarovla bağlı sərəncam imzaladı - RƏSMİ

14 Dekabr 2019 16:34 (UTC+04:00)

Siraqəddin Nəcəf oğlu Cabbarov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev dekabrın 14-də bununla bağlı sərəncam imzalayıb.

O, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə bu mükafata layiq görülüb.

Qeyd edək ki, S.Cabbarov Sabirabad Rayon İcra Hakimiyyətinin başçısıdır. Dekabrın 15-də onun 60 yaşı tamam olur.

AzNews.az