"3-cü mikrorayon dairəsi" istiqamətində hərəkət tam məhdudlaşdı - RƏSMİ

14 Dekabr 2019 18:19 (UTC+04:00)

Bakının Nəsimi "3-cü mikrorayon bazarı" ərazisində baş verən yanğınla əlaqədar hazırda mikrorayon dairəsindən Ziya Bünyadov prospekti istiqamətində, Ceyhun Səlimov keçəsində və 20 yanvar dairəsindən 3-cü mikrorayon dairəsi istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb.

Üçüncü mikrorayon dairəsindəki körpünün üzərində Ziya Bünyadov istiqamətində isə sıxlıq müşahidə olunur. Bakı Nəqliyyat Agentliyi sürücülərdən zərurət olmadığı halda qeyd edilən istiqamətlərdə hərəkət etməmələrini xahiş edir.

Məhdudiyyətlə əlaqədar həmin istiqamətdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət istiqaməti də dəyişdirilib. Avtobuslar digər nəqliyyat vasitələrinin yönləndirildiyi küçələrdən keçməklə hərəkət edir.

AzNews.az