Ziyalılar Forumu toplanır
23 May 2013 10:11 (UTC+04:00)
Mayın 27-də Ziyalılar Forumu geniş tərkibdə toplanacaq. Bu barədə AzNews.az-a forumun üzvü Eldəniz Quliyev bildirib.
E.Quliyevin sözlərinə görə, Ziyalılar Forumunun bu toplantısı Azərbaycan Demokratik Respublikasının 95 illik yubileyi ilə əlaqədardır. Toplantıda Forumun üzvü, tarixçi alim Cəmil Həsənlinin ADR-lə bağlı kitabı da təqdim ediləcək. Kitabda 1918-1920-ci illərdə baş verən ictimai-siyası hadisələr əks olunub.
Bahar Rüstəmli
AzNews.az