Ukrayna daha bir rus jurnalistə qadağa qoydu

14 Dekabr 2019 19:33 (UTC+04:00)

Rusiyanın NTV kanalının müxbiri Aleksandra Tonkixin Ukraynaya girişi qadağan edilib.

Bu barədə məlumatı Sputnik yayıb. Məlumata görə, jurnalistə qadağa qoyulmasına səbəb onun 2016-cı ildə Kırıma səfər etməsi olub.

Həmçinin o da qeyd edilib ki, Aleksandra Tonkixə qoyulan qadağa kanalın digər müxbiri Sergey Savinin Ukraynaya girişinə qoyulan qadağadan bir gün sonra olub.

AzNews.az