İranda məktəblər tətilə buraxıldı - Səbəb

14 Dekabr 2019 23:27 (UTC+04:00)

İranın paytaxtı Tehranda hava çirkliliyinə görə orta məktəblər tətilə buraxılıb.

Tehran valisi Ənuşirəvan Muhsini Bəndpey paytaxtda hava çirkliliyinin 150 mikroqram kubmetr olduğunu, bunun allergiyası olan şəxslərə problem yarada biləcəyini deyib. O, ürək, ağciyər xəstələrinin, yaşlıların və hamilə qadınların icazəli sayıldığını, yollarda yük maşınlarının hərəkətinin məhdudlaşdırıldığını söyləyib.

Vali həmçinin şəhər daxilində ictimai-nəqliyyatın qiymətinin yarıya endiriləcəyini deyib.

Qeyd edək ki, Tehran havanın çirklilik səviyyəsinə görə dünyada 12-ci yeri tutur. (Axar.az)

AzNews.az