ABŞ İranın əsas nüvə obyektinə qarşı sanksiyalar tətbiq edir

15 Dekabr 2019 03:27 (UTC+04:00)

ABŞ bu gündən nüvə sazişi çərçivəsində əsas razılaşmalardan biri kimi razılığa gəlinmiş "Fordo" obyekti barəsində sanksiyaların dayandırılmasını ləğv edir.

ABŞ dekabrın 15-dən "Fordo" obyekti barədə sanksiyalar tətbiq edir.

Yerin altında, dağda yerləşən, uzun vaxt boyunca uranın zənginləşdirilməsi üzrə fəaliyyət göstərən zavodun fəaliyyəti Qərbin narahatlığına səbəb olur.

"Fordo"ya qarşı Amerika sanksiyalarının qüvvəyə minməsinə İranın uranın zənginləşdirilməsini yeniləməsi səbəb olub. (report)

AzNews.az