Arif Zeynalovun polkovnik oğlu dünyasını dəyişdi

15 Dekabr 2019 10:20 (UTC+04:00)

Polis polkovniki Vüqar Zeynalov vəfat edib.

Publika.az xəbər verir ki, uzun müddət daxili işlər orqanlarında xidmət etmiş və bir sıra rəhbər vəzifələri tutmuş V.Zeynalov xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, vəfat edən polkovnik bir vaxtlar Azərbaycanda böyük nüfuzu olan Respublika Korlar Cəmiyyətinin mərhum sədri Arif Zeynalovun oğludur. A.Zeynalov ölkədə fiziki məhdudiyyətli şəxslər, xüsusi ilə uşaqlar üçün bir sıra mərkəzlərin, eləcə də məktəblərin yaradılması kimi işləri ilə tanınıb.

AzNews.az