Zibilə atılan 70 min dollar yiyəsi tərəfindən tapılıb

15 Dekabr 2019 12:12 (UTC+04:00)

Konyada iş adamı Eyub Güçlünün 70 min dolları qoyduğu çanta ofisdə təmizlik işləri zamanı zibil qutusuna atılıb.

Trend-in türk KİV-lərinə istinadən verdiyi məlumata görə, iş adamı bankdan çəkdiyi 70 min dolları çantasına qoyaraq işə gəlib. İş yerinin təmizliyi ilə məsğul işçi, həmin çantanı içinə baxmadan zibil qutularına atıb.

Ətrafdakı təhlükəsizlik kameralarındakı görüntülərdən bu ərazidə tullantılatıların Karatay Bələdiyyəsi Təmizlik İşlərinin balansındakı zibil maşınını tərəfindən yığılmasını öyrənən E.Güclü, onun nömrəsini təyin edib. Tullantıların yığılan anbar sahəsində saatlarla axtarış aparan iş adamı 70 min dollar olan çantanı tapıb.