“Dünya gözəli-2019” müəyyənləşib

15 Dekabr 2019 12:58 (UTC+04:00)

Londonda “Dünya gözəli-2019” Gözəllik Müsabiqəsinin qalibi seçilib.

“Sputniknews.kz” saytının verdiyi məlumata görə, tacın sahibi Yamaykadan 23 yaşlı Toni-Enn Sinqx olub.

Toni-Enn Sinqxə tacı “Dünya gözəli-2018”in qalibi Vanessa Ponse de Leon təqdim edib. Toni-Enn Sinqx gözəllik müsabiqəsində qalib gələn ikinci yamaykalıdır. İlk dəfə 1993-cü ildə Yamayka təmsilçisi dünya gözəli seçilib.

“Dünya gözəli-2019” Gözəllik Müsabiqəsində ikinci yerə fransalı Ofeli Mezino, üçüncü yerə hindistanlı Suman Rao layiq görülüb.