Azərbaycanın bu bölgəsində zəlzələ olub

15 Dekabr 2019 13:42 (UTC+04:00)

Bu gün Masallıda zəlzələ olub.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi məlumata görə, yerli vaxtla saat 12:32-də Lənkəran stansiyasından 34 km şimal-şərqdə Masallı ərazisində 3.4 maqnitudalı zəlzələ qeydə alınıb.

Zəlzələnin ocağı 36 km dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.