Filippində güclü zəlzələ - Ölən var

15 Dekabr 2019 14:33 (UTC+04:00)

Bu gün Filippində baş verən 6,8 maqnitudalı zəlzələ nəticəsində 6 yaşlı qız ölüb.

Bu barədə “Manila Bulletin” qəzeti yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Zəlzələ nəticəsində Matanao şəhərində qismən uçan evdə dağıntılar altında qalan azyaşlı vəfat edib. Matanao şəhər meri Vinsent Fernandes bildirib ki, zəlzələ şəhərə ciddi ziyan vurub, iki körpü zədələnib, yerli administrasiyanın binasının yarısı dağılıb.

Qeyd edək ki, bu gün Filippində 6,8 maqnitudalı zəlzələ olub. Yerli vaxtla saat 06.11 radələrində baş verən zəlzələnin ocağı Maqsaysay yaşayış məntəqəsindən 5 kilometr cənub-şərqdə, 28,2 kilometr dərinlikdə yerləşib.(apa.az)

AzNews.az