Rusiya vətəndaşı Qubada qəza törətdi - Vəziyyəti ağırdır

15 Dekabr 2019 18:31 (UTC+04:00)

Qubada yük maşını qəzaya uğrayıb.

Hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Yük maşını yolun dairəvi hissəsinə çırpılıb. Qəza nəticəsində yük maşınının sürücüsü 35 yaşlı Rusiya vətəndaşı Aliyev Artur Aliyeviç xəsarət alıb. Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən sürücüyə kəllə-beyin travması, döş qəfəsinin küt travması diaqnozu qoyulub, vəziyyəti orta ağırdır.

Faktla bağlı araşdırma aparılır.(apa.az)

AzNews.az