İrəvanda Gürcüstan səfirliyinin maşını qarət edildi

15 Dekabr 2019 19:45 (UTC+04:00)

Gürcüstanın Ermənistandakı səfirliyinin avtomobili qarət edilib.

Bu barədə “Shamshyan.com” saytı məlumat yayıb.

“Mercedes” markalı “14 D 001 AM” diplomatik nömrə nişanlı avtomobil dekabrın 13-dən 14-nə keçən gecə İrəvanın Tumanyan küçəsində park edilib. Oğrular gecə avtomobilin bahalı yan şüşələrini söküblər.

Hadisə ilə bağlı Ermənistan polisi və Gürcüstan səfirliyi açıqlama verməyib.(apa.az)

AzNews.az