Lotoreyada 6,8 milyon dollar uddu

15 Dekabr 2019 22:48 (UTC+04:00)

Kanadanın "49-dan 6" milli lotoreyasında 9 milyon Kanada dolları (6,8 milyon ABŞ dolları) məbləğində jekpot oynanılıb.

TASS xəbər verir ki, bu barədə OLG şirkətinin nümayəndələri bildirib.

"Düşən nömrələr - 9, 12, 17, 23, 41 və 44, bonus sayı 3 olub", - deyə təşkilatçılar bildiriblər.

Qeyd edilir ki, qalib fransızdilli Kvebek əyalətinin sakini olub.

Bundan başqa, lotoreyada 1 milyon Kanada dolları (760 min ABŞ dolları) məbləğində təsəlliverici mükafat oynanılıb. Uduşlu bilet Ontario əyalətində satılıb.

"49-dan 6" Kanadada 1982-ci ildən oynanılır və ölkənin ilk milli lotoreyasıdır.(report.az)

AzNews.az