64 yaşlı qadın yıxıldı, boynu qırıldı

15 Dekabr 2019 23:43 (UTC+04:00)

Daşkəsən sakini ehtiyyatsızlıq üzündən xəsarət alıb.

Hadisə rayonun İsmət Qayıbov küçəsində qeydə alınıb.

Rayon sakini, 1955-ci il təvəllüdlü Cəfərova Rəfiqə Haqverdi qızı yaşadığı evdə yıxılıb.

Qadın dərhal xəstəxanaya yerləşdirilib. 64 yaşlı qadına boyunun qırığı diaqnozu qoyulub.

R.Cəfərovaya lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.(apa.az)

AzNews.az