Bakıda evə basqın: Qadın xəsarətdən huşunu itirdi

16 Dekabr 2019 10:04 (UTC+04:00)

Bakıda 80 yaşlı qadının evinə basqın olub.

Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən mənzildə yaşayan L.Hüseynovanın evinə naməlum şəxs basqın edib.

Qadını aldadaraq evə daxil olan şəxs onun başına xəsarət yetirib. L.Hüseynova aldığı xəsarətdən huşunu itirib.

Daha sonra cinayətkar evdən qadının içərisində 800 manat olan pul kisəsini götürərək hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az